AZ

Karolina fon Aynem: İçərişəhər məni heyran etdi

Bakı, 22 may, AZƏRTAC

WUF13-ün sessiyalarından öncə fürsət tapıb şəhərin tarixi mərkəzini – İçərişəhəri ziyarət etdim. Qədim küçələr, evlər məni heyran etdi. Paytaxtınızın qədim tarixi binaların gözəlliyi ilə hədsiz müasirliyin və qabaqcıl infrastrukturun nadir sintezini özündə birləşdirəcəyini bu dərəcədə gözləmirdim.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Nayrobidəki baş qərargahının eksperti Karolina Kinast fon Aynem deyib.

O, WUF13 bitdikdən sonra ölkəmizi gəzməyə çıxacağını da əlavə edib.

Seçilən
19
azertag.az

1Mənbələr