AZ

Vaşinqtondan Londona kritik zəng: Nələr müzakirə olundu?

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlayıb.

O, bildirib ki, danışıq zamanı İran, Hörmüz boğazı ətrafındakı vəziyyəti və Avropada təhlükəsizliyin qorunması müzakirə edilib: "Dövlət katibi Marko Rubio bu gün Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə İran və Hörmüz boğazında naviqasiya azadlığının bərpası səylərini müzakirə etmək üçün danışıb. İkisi həmçinin Avropanın öz təhlükəsizlik səylərini artırmasının vacibliyini və müdafiə xərclərinin artırılmasına və NATO daxilində yükün bölüşdürülməsinə ehtiyac olduğunu müzakirə ediblər".

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr