AZ

“Minatəmizləmə olmadan yenidənqurma mümkün deyil” - ANAMA sədri

“Sevinirəm ki, bu tədbirdə sizlə birlikdəyəm”.

Redaktor.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar mina təmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov çıxışında bildirdi.

“Dünya Şəhərsalma Forumu çox gözəl platformadır. İnkişafla bağlı çətinliklərin öhdəsindən gəlmək üçün bu, lazımlıdır. Minaların mövcudluğu şəhərsalma üçün çətin məsələdir. Bu, ən təhlükəli baryerlərdən biridir. Bu, humanitar faciələrlə nəticələnir. Minalar insanların ərazilərə qayıtmasına mane olur. Azərbaycanda 11 milyon 660 min kvadratmetr ərazi partlayıcı maddələrlə çirklənib. Bu, tikinti işlərinə mane olur. Bunun insanlara təsiri çoxdur. Aydındır ki, heç bir halda minatəmizləmə olmadan yenidənqurma olmur. Vətən müharibəsindən sonra problemin həlli üçün böyükmiqyaslı işlər başladı. Humanitar məsələlər sadəcə bununla kifayətlənmir”.

Aytəkin TOFİQQIZI

Seçilən
39
1
redaktor.az

2Mənbələr