AZ

Saçları necə tez uzatmaq olar? - ARAŞDIRMA

Həkim saçların uzanmasını sürətləndirə bilən maddələri açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Qazeta.ru”ya tibb elmləri doktoru, dermatoloq və trixoloq Yuliya Qallyamova danışıb.

Mütəxəssisin sözlərinə görə, saçların böyüməsini müəyyən həddə qədər stimullaşdırmaq mümkündür. Lakin bu prosesi fizioloji imkanlardan kənar şəkildə ciddi sürətləndirmək mümkün deyil.

Həkim bildirib ki, saçların uzanmasına yaş, cins, hormonal fon, qidalanma və genetika təsir göstərir:

“Yaş artdıqca saçların uzanma sürəti azalır. Qadınlarda saç artımı kişilərlə müqayisədə daha yüksək olur. Estrogen hormonları saç uzanmasını stimullaşdırdığı halda, androgenlər bu prosesi ləngidə bilər. Eyni zamanda rasionda zülal çatışmazlığı saçların daha yavaş uzanmasına səbəb olur”, – deyə o qeyd edib.

Yuliya Qallyamova əlavə edib ki, müasir saç baxım vasitələri baş dərisinin və saç follikullarının vəziyyətini yaxşılaşdıraraq saçların sağlam uzanmasına kömək edir.

Onun sözlərinə görə, saç üçün istifadə olunan losyon və vasitələrin tərkibində niasinamid, DMAE (dimetilaminoetanol), kofein, peptidlər, ekzosomlar və diaminopirimidin oksid kimi maddələrin olması vacibdir.

Həkim qeyd edib ki, bəzi bitki mənşəli komponentlər də saçların uzanmasını stimullaşdıra bilər. Bununla belə, bu vasitələr genetikanı dəyişmir, sadəcə saçların təbii inkişaf potensialını dəstəkləyir.

Ekspert vurğulayıb ki, saçlar orta hesabla ayda təxminən bir santimetr uzanır və nəticəni görmək üçün uzunmüddətli istifadə vacibdir:

“Saç follikulları müxtəlif inkişaf mərhələlərində olduğuna görə effekt dərhal görünmür. İlk nəticələri qiymətləndirmək üçün ən azı altı ay müntəzəm istifadə tələb olunur”, – deyə mütəxəssis bildirib.

NURİYYƏ

Seçilən
47
1
redaktor.az

2Mənbələr