
“İran uran ehtiyatını təhvil verməkdən imtina etsə belə, ABŞ sonda həmin ehtiyatı əldə edəcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində deyib.
“Biz onların uran ehtiyatını əldə edəcəyik. Bizə lazım deyil, istəmirik. Yəqin ki, onu əldə etdikdən sonra məhv edəcəyik, ancaq onların buna sahib olmasına imkan verməyəcəyik”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az