AZ

“Sabah” ulduz futbolçuya müqavilə təklif etdi – O, düşünmək üçün vaxt istədi 

Cari mövsümdə “qızıl dubl” edən “Sabah” əsas silahlarından birini komanda saxlamaq niyyətindədir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi hücumçu Coy-Lens Mikelsi buraxmaq istəmir. Rəhbərlik müqaviləsi yayda başa çatacaq almaniyalı forvarda yeni sözləşmə təklif edib.

Klub idarəediciləri təcrübəli futbolçuya əvvəlkindən daha yaxşı şərtlərlə müqavilə təklif etməklə onu komandada saxlamaq istəyir. 

32 yaşlı hücumçu isə hələlik son qərarını verməyib. O, rəhbərlikdən düşünmək üçün vaxt istəyib.

Xatırladaq ki, Mikels cari mövsüm vurduğu 19 qolla hazırda bombardirlik siyahısına başçılıq edir.

Həsən Quluzadə

Seçilən
42
idmanxeber.az

1Mənbələr