AZ

İran iddiaları yalanladı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran rəhbərliyinin yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmaması ilə bağlı göstəriş verdiyinə dair xəbərləri təkzib edib.

VAXT.AZ İRNA-a istinadən xəbər verir ki, agentliyə danışan Bəqayi bildirib ki, beynəlxalq mediada yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sözçü ABŞ ilə müharibənin dayandırılması məqsədilə Pakistan vasitəçiliyi ilə aparıldığı bildirilən danışıqlarla bağlı yayılan xəbərlərə münasibət bildirib: “Son günlər danışıqların müxtəlif aspektləri ilə bağlı ortaya atılan spekulyasiyaların heç birini təsdiqləmirik”, – deyə Bəqayi qeyd edib:

Onun sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılmasıdır.

İran rəsmisi əlavə edib ki, nüvə danışıqları, yüksək səviyyədə zənginləşdirilmiş uran və zənginləşdirmə prosesi ilə bağlı mediada yayılan iddialar media spekulyasiyasıdır və etibar edilməməlidir.

“Reuters” nə yazmışdı?

Dünən axşam “Reuters” agentliyi iki yüksəkvəzifəli İran mənbəsinə istinadən xəbər yaymışdı ki, ölkə rəhbərliyi yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmaması barədə göstəriş verib.

Məhz həmin xəbərlərdən sonra dünya neft bazarında qiymətlər yüksəlmiş, bazarlarda Yaxın Şərqdə gərginliyin artacağı ilə bağlı narahatlıq güclənmişdi.

Bəqayi vurğulayıb ki, danışıqlarla bağlı rəsmi və doğru məlumatlar yalnız səlahiyyətli şəxslər və danışıqlar heyətinin nümayəndələri tərəfindən açıqlanacaq.

Seçilən
5
vaxt.az

1Mənbələr