AZ

Olimpiya çempionu və oğlu “İnstaqram” səhifəsini bağladılar

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko və oğlu Aleksandr Plyuşenko “İnstaqram” hesablarını bağlayıblar.

Publika.az xəbər verir ki, bu, 21 may cümə axşamı günü, kiçik Plyuşenkonun idman vətəndaşlığını dəyişdirməsi xəbərindən bir neçə saat sonra baş verib. Bir gün əvvəl 13 yaşlı Aleksandrın Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcəyi açıqlanmışdı.

Onların “İnstaqram” səhifəsini tənqidlərdən qorunmaq üçün bağladığı ehtimal edilir.

Yevgeni Plyuşenko bu məlumatı təsdiqləyərək qərarı çox çətin adlandırıb. O, oğlunun beş il müddətinə Azərbaycan idman vətəndaşlığı aldığını söyləyib.

Seçilən
15
publika.az

1Mənbələr