AZ

Türkiyə Kubokunda final həyəcanı: "Trabzonspor" "Konyaspor"la üz-üzə

BAKI, 22 may. TELEQRAF

Bu gün Türkiyə Kubokunda final həyəcanı yaşanacaq.

Teleqraf xəbər verir ki, həlledici görüşdə "Trabzonspor" ilə "Konyaspor" üz-üzə gələcək.

Görüş Bakı vaxtilə saat 21:45-də start götürəcək. Matçın baş hakimi Halil Umut Meler olacaq.

“Trabzonspor” son iki mövsümdə Türkiyə Kubokunun finalına yüksəlsə də, həlledici görüşlərdə əvvəlcə “Beşiktaş”a, daha sonra isə “Qalatasaray”a məğlub olub. Qaradəniz təmsilçisi bu dəfə kuboku qazanaraq uğursuz seriyanı başa vurmağa çalışacaq.

Klub tarixində ümumilikdə 17 dəfə final oynayan “Trabzonspor” 9 dəfə Türkiyə Kubokunun qalibi olub. Komanda son olaraq 2019/2020 mövsümündə titulu qazanıb.

“Konyaspor” isə tarixində ikinci dəfə finala çıxır. "Yaşıl-ağlar" ilk və yeganə kubokunu 2016/2017 mövsümündə qazanıb. Həmin finalda komanda “Başakşehir”i penaltilər seriyasında 4:1 hesabı ilə məğlub etmişdi.

Seçilən
12
teleqraf.com

1Mənbələr