AZ

Paşinyan: AİB-dən çıxmaq qərarını yalnız Ermənistan verə bilər

BAKI, 22 may. TELEQRAF

Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusu məsələsi yalnız Ermənistan tərəfindən müzakirə edilə bilər.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Ermənistanın AİB-ə üzvlüyü mövzusuna toxunan Paşinyan qeyd edib ki, ittifaqın qaydalarına əsasən, üzv dövlətdən çıxmaq qərarı yalnız sözügedən dövlət tərəfindən verilə bilər.

"AİB-də status məsələsini yalnız Ermənistan AİB qaydalarına uyğun olaraq müzakirə edə bilər. AİB üzvü yalnız çıxmaq qərarına gələ bilər, başqa heç bir proses yoxdur. Biz istənilən məsələni müzakirə edə bilərik və güman edirəm ki, tərəfdaşlarımızın sualları ola bilər və biz bütün sualları səbirlə cavablandıracağıq", - Baş nazir bildirib.

Qeyd edək ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bir müddət əvvəl TASS agentliyinə verdiyi müsahibədə bildirib ki, mayın 29-da Astanada keçiriləcək AİB Ali Şurasının iclasında üzv dövlətlərin başçıları Ermənistanın ittifaqdakı statusu məsələsini müzakirə edəcəklər.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr