AZ

Sahibə Qafarova Natalya Koçanova ilə görüşdü

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlament Assambleyasının 60-cı plenar iclası çərçivəsində baş tutub.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan və Belarus arasında dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında səmimi münasibətlərin, qarşılıqlı səfərlərin və siyasi dialoqun mühüm rol oynadığını qeyd ediblər.

Müzakirələr zamanı parlamentlərarası əlaqələrin inkişafı, qanunverici orqanların ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığı da diqqətə çatdırılıb.

Sahibə Qafarova Belarus parlament rəhbərliyinin son dövrlərdə Azərbaycana səfərlərini və qarşılıqlı görüşləri xatırladaraq, bu səfərlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan və Belarus parlamentləri təkcə ikitərəfli deyil, həm də MDB Parlament Assambleyası, Parlamentlərarası İttifaq və Asiya Parlament Assambleyası kimi beynəlxalq platformalarda da fəal əməkdaşlıq edirlər.

Belarus tərəfi isə iqtisadi, ticarət və mədəni sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini vurğulayaraq, parlamentlərarası əlaqələrin bu prosesə əlavə töhfə verdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Seçilən
19
redaktor.az

1Mənbələr