“Müasir dövrdə şəhərlərin yalnız texnoloji və memarlıqbaxımından deyil, eyni zamanda sosial və mədənibaxımdan da inklüziv şəkildə formalaşdırılması vacibdir”.
Redaktor.az xəbər verir ki, by fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da dedi.
O vurğuladı ki, yerli xalqların hüquqlarının qorunmasıbu gün beynəlxalq ictimaiyyət qarşısında duran ən mühümməsələlərdən biridir. Yerli xalqlar bəşəriyyətin mədəniyaddaşının, tarixi irsinin daşıyıcılarıdır. Bu baxımdanonların hüquqlarının qorunması yalnız hüquqi və siyasiməsələ deyil, həm də mənəvi və humanitar məsuliyyətdir.
Onun sözlərinə görə, Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini dövlətsiyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edir:
“Əsrlər boyu müxtəlif xalqların, dinlərin və etnik icmalarınbirgə yaşadığı Azərbaycan bu gün də mədəni müxtəlifliyicəmiyyətin əsas zənginlik mənbəyi hesab edir”.
Aytəkin TOFİQQIZI