AZ

“Zaur “əzik” obrazdır...”

ain.az bildirir, Olay.az saytına əsaslanaraq.

Əməkdar artist Lalə Məmmədova yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında çəkilən “Təhminə” filmi və obrazları ilə bağlı açıqlama verib.

OLAY yazır ki, sənətçi “Sevinclə danış” layihəsində Zauru “əzik” adlandırıb:

“Təhminə sonunda yorulub, mənasını itirir. Onun həyatındakı məna Zaurun sevgisi, məhəbbəti olur. Bizim “papa-mama” uşağı dediyimiz, həyatda hələ bir daşı-daş üstünə qoymayan, hər şey hazır şəkildə qarşısına gələn kişi cinsinin üzvüdür. Zaur Təhminənin sayəsində sevgi ilə tanış olur. Ona elə  gəlir ki, cəmiyyətdə qəbul edilməmiş qadının sevgisi budursa, qarşısında görün nələr gözləyir. Amma ömrünün sonuna kimi Təhminənin sevgisi ona yara olur. Zaurun valideynləri müharibə dövründən çıxmış insanlar idi, ailə qurmuşdular, zəhmətlə qazandıqlarını bir övladlarına hazır gətirmişdilər. Zaurun dünyası ondan ibarət idi. Elə bilirdi ki, hər şey gözəl olacaq. Mənim üçün Zaur əzik obrazdır. Məni üzən bir şey var idi Təhminə sevgisini güvənsiz, əzik insana vermişdi. Ona görə onun cavabı bu oldu. Bir maşına satıldı. Zaur Təhminəni valideynlərinə qəbul etdirə bilərdi”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
olay.az

1Mənbələr