AZ

Professor: Şəhərləri qurarkən humanitar yanaşmanı əsas götürməliyik

BAKI, 22 may. TELEQRAF

Bu gün şəhər problemlərinin həllində yeni bir açar rolunu süni intellekt oynayır. Süni intellekt çox mühüm yüksək texnologiyadır.

Teleqraf xəbər verir ki, bu barədə Şanxay Universitetinin professoru Zhengzhong Xu WUF13 çərçivəsində keçirilən “Təbiətə əsaslanan sistemlərlə davamlı və dayanıqlı yaşayış yerlərini enerji ilə təmin edən təkrar doldurulan landşaft” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, süni intellekt müxtəlif məlumatları bir araya toplaya və onları hərtərəfli şəkildə təhlil edə bilir:

“Burada mühüm istiqamət şəhər intellekti üçün multimodal sistemlərin inteqrasiyasıdır. Buraya biliklərin birləşdirilməsi, modullar arasında əməkdaşlıq və vahid xidmət platformalarının yaradılması daxildir. Vahid xidmət anlayışı standartlaşdırılmış xidmətlərə əsaslanır. Lakin mən düşünürəm ki, bu gün fərqli insanların fərqli xidmətlərə ehtiyacı var. Süni intellekt texnologiyaları vasitəsilə xidmətləri fərdiləşdirmək və müxtəlif istifadəçi qruplarına uyğunlaşdırmaq mümkündür.

Rəqəmsal dünyada fərqli insanların iş və yaşayış tərzləri, vərdişləri və ehtiyacları nəzərə alınaraq daha çevik və fərdiləşdirilmiş həllər hazırlamaq mümkündür. Gələcəyin şəhərlərini qurarkən humanitar yanaşmanı əsas götürməliyik. Xüsusilə gələcəyin şəhərlərinin dizaynında insan mərkəzli yanaşma vacibdir”.

Seçilən
23
teleqraf.com

1Mənbələr