AZ

“Şəhərlər yerli xalqların kimliyini qoruyan inklüziv məkan olmalıdır” - Rəvan Həsənov

“Urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz kimliyini, dilini və mədəni yaddaşını itirməsinə səbəb olmamalıdır, əksinə, şəhərlər müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz və bərabərhüquqlu hiss etdikləri inklüziv məkana çevrilməlidir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən“ Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da səsləndirdi.

O bildirdi ki, Azərbaycanın həyata keçirdiyi layihələr də məhz bu prinsiplərə əsaslanır, müxtəlif etnik icmaların, fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin harmonik birgəyaşayışını təşviq edir”.

Aytəkin TOFİQQIZI

Seçilən
48
redaktor.az

1Mənbələr