Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli mayın 25-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Komitə sədri səfər çərçivəsində Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ölkəmizin Macarıstandakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaq.
Səfər mayın 28-də başa çatacaq.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31