AZ

Bu kimi hallar məhsulun ixrac potensialına da təsir göstərir İqtisadçı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Normadan artıq yağan yağış torpaq və bitkidə müəyyən xəstəlik, xüsusi ilə də həddən artıq nəmişlik şəraitində göbələk xəstəliyi yaradır. Bunun üçün dərman vasitələrinə ehtiyac duyulur. Həmçinin yağan yağış əlverişsiz şəraitdə müəyyən əraziləri su altında qoyur bu da təbii ki daxili bazarda təklifi azaldıb qiymətə təsir göstərir”.

Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova bildirib. Ekspertin sözlərinə görə, bu kimi hallar məhsulun ixrac potensialına da təsir göstərir. Müəyyən meyvə çeşidləri xüsusi ilə gilas kimi məhsullar yağışdan sonra qurtlamağa başlayır:

“Normadan artıq yağan yağışın miqdarı müəyyən ərazilərdə məhsul yığımına təsir göstərir. Həm çala-çuxur yaranan əraziyə texnika daxil ola bilmir. Yeni işçiyə tələbat yaranır”.

Sevinc Qarayeva

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr