Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bərdə şəhərində aparılan asfalt örtüyü işləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, yayılan görüntülərdə yolun tam şəkildə asfaltlanmadığı, yalnız çökək və problemli hissələrə asfalt örtüyünün vurulduğu görünür. Bu isə həm yolun estetik görünüşünü pozur, həm də sürücülər üçün kələ-kötür və narahat hərəkət şəraiti yaradır.
Yerli sakinlər görülən işin keyfiyyətindən narazı olduqlarını bildiriblər. Onların sözlərinə görə, yolun müəyyən hissələrinin hissə-hissə təmiri problemin tam həllinə səbəb olmur və qısa müddətdən sonra yenidən deformasiya riski yaradır.
Sakinlər aidiyyəti qurumlardan yolun tam bərpasını, asfalt örtüyünün bütün hissələrə eyni qaydada çəkilməsini və təmir işlərinin daha keyfiyyətli aparılmasını tələb edirlər.
Qeyd edək ki, son dövrlərdə bölgələrdə aparılan yol təmir işləri ilə bağlı oxşar narazılıqlar vaxtaşırı sosial şəbəkələrdə gündəmə gəlir.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.