AZ

WUF13- MÜHÜM XƏBƏRDARLIQ

WUF13-

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Ulusum.az xəbər verir ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimi keçiriləcək.Bu gün, 22 may 2026-cı il tarixində Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi baş tutacaq. Tədbirin bağlanış mərasimi saat 15:00-da başlayacaq.Təşkilatçılar tədbir iştirakçılarına və qonaqlara nəqliyyat təminatı ilə bağlı mühüm xəbərdarlıq edib. Nəqliyyatın hərəkəti iştirakçıların Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək. Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən bu vaxt məhdudiyyətini nəzərə almaları xahiş olunur. Qeyd edək ki, 17-22 may tarixlərində Bakıda keçirilən bu qlobal forum dayanıqlı şəhərsalma və gələcəyin yaşıl şəhərlərinin qurulması mövzusuna həsr olunub.

Diqqət Çəkənlər

"Şerlok Holms” heyranlığından Avropa nəşriyyatlarına -Əzimə Ağalarova danışır

Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

Seçilən
14
ulusum.az

1Mənbələr