AZ

İnsanlar Ebola müalicə mərkəzini yandırdılar

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Rvampare şəhərində yerli sakinlər Ebola xəstələrinin müalicə olunduğu mərkəzi yandırıblar.

"Unikal" xarici mətbuata istinadən xəbər verirt ki, səyyar xəstəxana Eboladan ölən gəncin qohumları tərəfindən yandırılıb. Buna səbəb meyitin yaxınlarına verilməməsi olub. 

Səhiyyə rəsmiləri meyiti verməkdən imtina etdikdən sonra ailə üzvləri müəssisəyə əşyalar atıblar və nəticədə iki xəstəxana çadırı yanıb.

Hadisənin baş verdiyi İturi əyaləti yeni Ebola epidemiyasının mərkəzinə çevrilib. Səhiyyə rəsmiləri mərhumların meyitlərinin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edirlər. Lakin antivirus qaydaları yerli dəfn mərasimləri ilə ziddiyyət təşkil edir və bu da bölgədə etirazlara səbəb olur.

Konqo Demokratik Respublikası (Konqo DR) hakimiyyət orqanlarının son məlumatlarına görə, ölkədə Ebola epidemiyası başlayandan bəri ən azı 160 nəfər ölüb. İki əyalətdə virusa yoluxma ilə bağlı ümumilikdə 671 şübhəli hal qeydə alınıb. BMT-nin məlumatına görə, qonşu Uqandada bir nəfər virusdan ölüb, digəri isə yoluxub.

Gülayə Mecid  

Seçilən
14
1
unikal.az

2Mənbələr