AZ

Maria Mercedes Jaramillo Garces: Bakıda özümü çox təhlükəsiz hiss etdim

BAKI, 22 may. TELEQRAF

Bakıda yeraltı keçiddən istifadə edərkən özümü çox təhlükəsiz hiss etdim. Bu, Boqotada mümkün deyil.

Teleqraf xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” sessiyasında Boqotanın keçmiş planlaşdırma katibi Maria Mercedes Jaramillo Garces deyib.

O bildirib ki, Boqotada mənzil məsələsinə fərqli yaşayış modelləri ilə yanaşılır:

“Məsələn, uşaqlı qadınların bir evi paylaşdığı kollektiv yaşayış modeli var. Hər qadının ayrıca otağı olur, mətbəx və digər məkanlardan isə birgə istifadə edilir. Bu, qadınların bir-birinə dəstək olmasına imkan yaradır”.

Onun sözlərinə görə, şəhərsalma insan mərkəzli olmalı, mənzil siyasəti nəqliyyat, məşğulluq və qayğı sistemi ilə birlikdə planlaşdırılmalıdır:

Boqotada qayğı prinsipinə əsaslanan 30 yeni şəhər modeli üzərində işlənilir:

“Məqsəd insanların işə, təhsilə və xidmətlərə yaxın məsafədən çıxışını təmin etməkdir. Bu modeldə qayğı mərkəzləri və yaxın məsafəli nəqliyyat sistemi əsas rol oynayır. Şəhər planlaşdırılmasında müxtəlif qrupların bir araya gətirilməsi və qarşılıqlı dialoq vacibdir”.

Seçilən
34
teleqraf.com

1Mənbələr