AZ

Konqoda yerli sakinlər Ebola virusdan müalicə mərkəzini yandırıblar - VİDEO

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Rvampar şəhərində yerli əhali Ebola virusundan əziyyət çəkən xəstələrin müalicə olunduğu mərkəzə od vurub.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, mobil hospital xəstəlikdən vəfat edən şəxsin cəsədinin geri qaytarılmasından imtina edilməsinə qəzəblənən qohumları tərəfindən yandırılıb. Hadisənin qeydə alındığı İturi əyaləti Ebolanın yeni ştammının yayılma mərkəzinə çevrilib. Vəfat edənlərin cəsədlərinin infeksiya mənbəyi olmaq ehtimalı var. Təsdiq edilən dəfn qaydalarının yerli adətlərlə ziddiyyət təşkil etməsi bölgədə etiraz aksiyalarına səbəb olub. Bununla yanaşı, sakinlər səhiyyə sisteminin lazımi səviyyədə fəaliyyət göstərməməsindən də narahatdırlar.

Qeyd edək ki, KDR rəhbərliyinin son açıqlamalarına əsasən, epidemiya başlayandan bəri ən azı 160 nəfər həyatını itirib. İki əyalət üzrə virusa 671 ehtimal edilən yoluxma halı qeydə alınıb. BMT-nin yaydığı informasiyada isə qonşu Uqandada bir nəfərin öldüyü və daha bir şəxsin xəstəliyə tutulduğu bildirilir.

Seçilən
2
7news.az

1Mənbələr