AZ

Azərbaycan parakarateçiləri Avropa çempionatında mübarizə aparacaq

BAKI, 22 may. TELEQRAF

Bu gün Almaniyanın Frankfurt şəhərində start götürəcək parakarate üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.

Teleqraf xəbər verir ki, yarışda 5 parakarateçi mübarizə aparacaq.

Baş məşqçi Rənad Əliyevin rəhbərliyi altında turnirdə K30 kateqoriyasında Vidadi Xalıqov və Eldar Əhmədov, K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan qüvvəsini sınayacaq.

Xatırladaq ki, yarış mayın 24-də başa çatacaq.

Seçilən
20
3
teleqraf.com

4Mənbələr