AZ

WUF13-də rəqəmsal innovasiya müzakirəsi: Hökumətlərin üzərinə düşən əsas vəzifələr

BAKI, 22 may. TELEQRAF

Böhran vəziyyəti üçün rəqəmsal alətlərin hazırlanmasını digər sahələrdə də potensialın artırılması üçün bir giriş nöqtəsi kimi istifadə edirik.

Teleqraf xəbər verir ki, bunu Braziliyadan BMT-Habitat İnnovasiyalar üzrə mütəxəssis Livia Nonose Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Sadəcə Təcrübədə Keçidlər. Birgə Qeyri-rəsmi və Böhran üçün Rəqəmsal Alətlərin Yaradılması" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hökumətin bu inteqrasiya olunmuş planlaşdırma sisteminə ehtiyacı varsa, bu sistemin uzunmüddətli perspektivdə necə tətbiq oluna və necə davamlı şəkildə saxlanıla biləcəyinə də cavab verməlidir.

"Məncə, bizim insan mərkəzli yanaşmamızda və “dəyişiklik nəzəriyyəsi”mizdə hökumətin innovasiya prosesinə rəhbərlik etməsi və bu rəqəmsal transformasiyanı ictimai fayda istiqamətində yönləndirməsi çox vacibdir. Beləliklə, bu prosesə rəhbərlik edən qurumlar öz işlərinin əhəmiyyətini görsünlər. Bunun onlara əsas xidmətlərə çıxışı yaxşılaşdırmaq, cavabvermə qabiliyyətini artırmaq və icmalar üçün fövqəladə xidmətləri təmin etmək kimi faydalarını dərk etsinlər", - o vurğulayıb.

Onun sözlərinə görə, həmişə yerli kontekstdə nəyin işlədiyini, bunun tərəfdaşların texniki imkanları daxilindədirmi və bu, həyata keçirilə bilən bir şeydirmi düşünmək lazımdır:

"Bunları həmişə yenidən düşünməklə daha yaxşı nəticə əldə edə bilərik. Əgər nəyisə daha sadə formaya salırıqsa, onun kifayət etdiyindən əmin olmalıyıq".

Seçilən
4
teleqraf.com

1Mənbələr