ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Tək bir cavab bütün problemləri həll edə bilməz. Bakıda bəzi problemlərin həlli Boqota üçün uyğun olmaya bilər”.
Gununsesi.info bildirir ki, bunu Boqotanın keçmiş planlaşdırma katibi Mariyan Mersedes Xaramiyo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı” mövzusunda çıxışı zamanı deyib:
“Məsələn, Bakıda yeraltı piyada keçidləri mövcuddur və mən ondan istifadə etdikdə özümü daha rahat hiss etdim. Boqotada isə bu cür imkanlar yoxdur. Biz sosial və iqtisadi məsələlərə görə məsuliyyət daşıyırıq.
Boqotada birgə yaşayış evləri üçün işlər aparılmalıdır. Bir qadın digər qadının uşaqlarına baxa bilər. Bu təcrübələr bir çox ölkədə tətbiq olunub. İşlərin müqayisə edilməsi çox vacibdir. Boqotada səkkiz milyon insan yaşayır və onlar üçün planlaşdırma çox önəmlidir”.
O qeyd edib ki, şəhərsalma əsas priotetlərdən biridir:
“Biz məşğulluq, təhsil və şəhərsalma məsələlərini birgə planlaşdırmaya daxil etmişik. Artıq əsas planı hazırlamışıq və nəqliyyat hərəkəti məsələsi xüsusi olaraq nəzərə alınıb.
Boqota qadın-kişi siyasəti baxımından yenilikçi yanaşmalardan istifadə edir və bütün bu məqamların həyata keçirilməsi mümkündür. Hökumətin qadınların qərarvermə prosesində iştirakı çox vacibdir. Yerli icmalar və hökumət nümayəndələri birlikdə işləməlidirlər. Belə olduqda daha maraqlı və fərqli nəticələr əldə etmək olar. Balanslı siyasət çətin olsa da, bu, hökumət üçün böyük bir çağırışdır”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.