AZ

“Günay Ağamalı XXl-ci əsrin titanik istedadlı qadını ola bilər”

“Günay Ağamalı "uşaqpulu valideyinlərdə tənbəllik yarada bilər" fikrini söyləyəndən bəri fikirləşirəm ki, bu uşaqpulunu nə qədər verəcəklər ki, valideyinlər də, uşaqlar da dolana biləcək, valideyinlərin işləməsinə ehtiyac qalmayacaq?”

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə məşhur YAP-çı, yazıçı Xeyrəddin Qoca çıxış edib. O, bildirib ki, Kamal Abdulla da buna bənzər akademik səhv edib:

“Deyib ki, qadınlar işləməsə yaxşıdır. Əvvəla, indi 16-cı əsr deyil! Bir də hörmətli Kamal müəllim, kişilərin qadınları dolandlrmağa maaşları çatacaq? Deyirsiniz xüsusi istedadları olan qadınlar işləsin. Dövlət vəzifələrində işləyən qadınların hansının xüsusi istedadı var? Bəlkə, siz "xüsusi istedadı olan qadın" deyəndə Günay Ağamalını nəzərdə tutursunuz?! Pepperoni pizza

Kamal Abdulla, siz zamanında Ramiz Mehdiyevi "renosans dövrünün titanik filosoflarına" bənzətmişdiniz! O, "renosans dövrünün titanik filosoflarına" bənzəyirsə, Günay Ağamalı da XXl-ci əsrin titanik xüsusi istedadlı olan qadını ola bilər!”.


Telegram kanalımız
Seçilən
30
1
yenisabah.az

2Mənbələr