AZ

15 il sonra görün Ermənistan necə olacaq: Paşinyan elə şeylər açıqladı ki…

Nikol Paşinyan 10–15 ildən sonra Ermənistanı sülh, sabitlik və inkişaf içində olan bir dövlət kimi gördüyünü bildirib.

KONKRET.az xəbər verir ki, Baş nazir mayın 22-də keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən deyib:

“Mən gələcəyin Ermənistanını sülh şəraitində yaşayan, suveren bir ölkə kimi təsəvvür edirəm. Azərbaycanla sülh sazişinin imzalandığını və ratifikasiya olunduğunu, sərhədlərin delimitasiyasının başa çatdığını, yolların açıldığını görürəm. İnanıram ki, 15 ildən sonra ölkəmizin ümumi daxili məhsulu real ifadədə ən azı iki dəfə artacaq. Ermənistan demokratik, azad, müstəqil və firavan dövlət olacaq, regionda sülh və əməkdaşlığın əsas mərkəzlərindən birinə çevriləcək”.

Paşinyanın bu açıqlaması Ermənistanın regionda uzunmüddətli sabitlik, iqtisadi inkişaf və kommunikasiya əlaqələrinin açılmasına yönəlmiş siyasi kursunu əks etdirən mesaj kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr