AZ

Qulağım eşidə eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?

ain.az, Milli.az saytına istinadən bildirir.

Müğənni Rahidə Baxışova yaşadığı xoşagəlməz hadisə ilə bağlı açıqlaması ilə diqqət çəkib. İfaçı bu barədə efirdə danışıb.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, tədbirlərin birində tanınmış xanımlardan birinin onun görünüşü ilə bağlı dediyi sözlərə təsadüfən şahid olub:

"Bir dəfə tədbirə getmişdim. Tanınmış xanımlardan biri yanındakı bəyə dedi ki, 'Bu Rahidədir? Nə günə qalıb?' Mən də eşitdim və çox pis oldum".

Müğənni həmin anda heç bir reaksiya vermədiyini, lakin deyilən sözlərin ona təsir etdiyini etiraf edib:

"Heç nə demədim. Həssas insanam. Evdə də adi bir sözü mənə çox ehtiyatla deyirlər".

Sənətçi bir müddət öz görünüşü ilə bağlı kompleks yaşadığını da bildirib:

"Elə bilirdim ki, mən eybəcərəm. Amma sonra düşündüm ki, hər şey məndə yaxşıdır, normalam və o sözü dərd etmədim".

Baxışova efirdə olduğundan daha fərqli göründüyünü də vurğulayıb:

"Efir məni kök göstərir. Həyatda görənlər deyirlər ki, çox incə xanımsınız".

İfaçının səmimi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər onun açıqlamasına dəstək mesajları yazıblar.

Qeyd edək ki, müğənni canlı efirdə həmin xanımın adını həmkarı Elçin Hüseynovun qulağına deyərkən səs efirə düşüb. Təranə Qumral adını aydın şəkildə izləyicilər eşidib. Rahidə daha sonra qonaq olduğöu digər efirdə isə özünü yalanlayıb və həmin xanımın Təranə Qumral olmadığını bildirərək onu çox kübar xanım adlandırıb. Sənətçinin bir-birinə zidd açıqlamaları geniş müzakirə doğurub.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
5
news.milli.az

6Mənbələr