AZ

Emin Hüseynov: Mina məsələsi uzun müddət davam edəcək fundamental bir problemdir

BAKI, 22 may. TELEQRAF

Son beş il ərzində Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun 70–80 faizi və Cəbrayıl rayonunun təxminən 60 faizi minalardan təmizlənib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, mina problemi bu bölgədə uzun müddət davam edəcək fundamental bir problemdir:

"Bu məsələnin yaxın gələcəkdə tamamilə aradan qalxacağı ilə bağlı heç bir illüziyamız yoxdur. Biz minaların mövcudluğu reallığı ilə yaşamağın və bununla mübarizə aparmağın yollarını tapmalıyıq. Bu məsələyə daim diqqətli yanaşmalı, ehtiyatlı olmalı və insanlarımızın təhlükəsizliyini prioritet hesab etməliyik".

Seçilən
13
teleqraf.com

1Mənbələr