BAKI, 22 may. TELEQRAF
Hazırda Ağdam rayonunda 72, Füzuli rayonunda 60, Cəbrayıl rayonunda isə 83 yaşayış məntəqəsi mövcuddur.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki,Böyük Qayıdış proqramının icrası tam sürətlə davam edir:
"Hazırda 11 yaşayış məhəlləsi, 25 min mənzil və 18 min 864 fərdi yaşayış evi inşa olunub. Bu üç rayonda insanlar yaşayır və regional bərpa layihələri ilə yanaşı, müxtəlif infrastruktur obyektləri də fəaliyyət göstərir".