AZ

İngiltərə millisinin DÇ 2026 siyahısı mətbuata sızdı: Bir neçə məşhur yoxdur

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə milli futbol komandasının 2026-cı il Dünya Çempionatı üçün heyəti ilə bağlı siyahı mətbuata sızıb.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, Tomas Tuhelin mundiala aparacağı 26 futbolçunun adı dərc edilib.

Qapıçılar arasında Cordan Pikford, Din Henderson və Ceyms Trafford yer alıb.

Müdafiə xəttinə Ezri Konsa, Con Stounz, Mark Qehi, Den Bern, Carell Kuansa, Tino Livramento, Niko O’Rayli, Ced Spens və Ris Ceyms daxil edilib.

Yarımmüdafiədə Deklan Rays, Elliot Anderson, Kobbi Maynu, Cordan Henderson, Morqan Rocers, Cud Bellingem və Ebereçi Eze var.

Hücum xəttində isə Harri Keyn, Ayven Toni, Olli Uotkins, Bukayo Saka, Noni Madueke, Markus Reşford və Entoni Qordon yer alıb.

Daha əvvəl “Independent” Fil Foden, Koul Palmer, Harri Maquayr və Trent Aleksandr Arnoldun siyahıdan kənarda qalmasının gözləndiyini yazıb.

Qeyd edək ki, İngiltərə millisi Dünya Çempionatına hazırlıq çərçivəsində Yeni Zelandiya və Kosta-Rika ilə yoxlama oyunları keçirəcək, turnirdə ilk matçına isə 17 iyunda Xorvatiyaya qarşı çıxacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
icma.az

1Mənbələr