AZ

Birləşmiş Ərəb Əmirlikləri İrana meydan oxuyur : Hörmüz boğazına alternativ boru kəməri istifadəyə verilir 

BƏƏ-nin “Barakah” atom elektrik stansiyasına edilən dron hücumundan sonra  BMT Təhlükəsizlik Şurasının təcili iclası ilə eyni vaxtda, Əbu-Dabi strateji bir boru kəmərinin tikintisində mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb.

Bu layihə “Hörmüz boğazından yan keçmək” məqsədilə layihələndirilib və ölkənin neft ixracatının bu həyati əhəmiyyətli su yolundan asılılığını əhəmiyyətli dərəcədə azalda bilər.

Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru çərşənbə günü, mayın 20-də bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazından yan keçəcək ikinci boru kəmərinin inşasının təxminən 50 faizini tamamlayıb.

Seçilən
18
veteninfo.az

1Mənbələr