AZ

Bu məlumatlar Amnistiya Aktından əvvəl əldə olunub AZAY QULİYEV AŞ PA nın HƏBSXANA ƏHALİSİNƏ DAİR HESABATINI ŞƏRH EDİR

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Avropa Şurasının 2025-ci il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.

Həmin hesabata əsasən Azərbaycan məhbus sıxlığına görə Avropa Şurasına üzv olan ölkələrdə ilk sıralarda dayanır. 

Milli Məclisin deputatı, Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev Gununsesi.info–ya açıqlamasında bu sənədi şərh edib.

Deputat AŞ PA-nın bu sənədinin onda təəccüb doğurduğunu deyib: “Bu barədə hesabat 2024-cü il üçün də hazırlanmışdı. O zaman Azərbaycan tərəfi də açıqlama vermişdi ki, sənəd təhlil olunur və dövlətin cəza icra siyasətinin humanistləşdirilməsi hər zaman gündəmdədir. Mən xatırlayıram ki, Baş Prokuror cənab Kamran Əliyev də bu barədə sizin sayta  açıqlama vermişdi. Amma 2025-ci il üçün yazılan hesabat məndə təəccüb doğurub. Çünki, Azərbaycanda böyük Amnistiya Aktı qəbul olundu.  Bütövlükdə 20 min şəxsə şamil olunan bu akt nəticəsində təxminən 5 min nəfər həbsxanadan azadlığa çıxdı. Bu çox ciddi rəqəmdir. Mən hesab edirəm ki, AŞ PA ekspertləri bu hesababatdakı məlumatları Amnistiya Aktından əvvəl əldə ediblər. Yəqin ki, müvafiq qurumlar buna münasibət bildirəcəklər. Amma bununla paralel olaraq, mən də o fikirdəyəm ki, məhkəmələr həbs məsələsinə daha diqqətli yanaşsın. Qanunvericilikdə azadlıqdan məhrumetməyə alternativ olan digər qətimkan tədbirləri nəzərdə tutulur. Etiraf edək ki, məhkəmələr bir sıra hallarda həbsə çox üstünlük verir. Elə cinayətlər var ki, onları törədənləri ən azı məhkəməyə qədər azadlıqda saxlamaq olar. Məsələn, hansısa vəzifədə işləyən şəxs maliyyə cinayətində ittiham olunur. Onsuz da bu cür  şəxslər vəzifədən kənarlaşdırılır. Onların bu cinayəti təkrar törətmək imkanları yoxdur. Belə olan halda ibtibadi istintaq dövrü üçün onları həbsə yollamağa zərurət də yoxdur. Bu cür nümunələri çox sadalamaq olar”. 

Azay Quliyev deyir ki, Azərbaycan prezidentinin hər il əfv sərəncamları imzalaması, Amnistiya Aktlarının qəbulu dövlətin cəza icra siyasətində humanizmə əsaslandığını göstərir: “Aidiyyatı qurumlar da bunu nəzərə almalıdır. Qanunvericilikdə şərti olaraq vaxtından əvvəl azad olunma halı nəzərdə tutulur. İllərdir ki, həbsdə olan şəxs qanunun ona verdiyi bu imkandan yararlanmaq istəyir, bir sıra hallarda yararlanır da.  Amma bunu  işlək mexanizmə çevirmək lazımdır. 10 il cəza almış şəxsin, cəzasının bitməsinə 1 il qalıbsa və qanun da buna yol verilsə, niyə imtina qərarı verilməlidir?  Hesab edirəm ki, vaxtından əvvəl şərti azad etmə institutu işlək olarsa, bu məhbus sayının azaldılmasına ciddi təsir göstərə bilər”. 

Afət Abbasova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr