AZ

Ekologiya və təbii sərvətlər naziri: İqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur

İqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O bildirib ki, bu proseslər daim diqqət mərkəzində saxlanılmalıdır:

“Şəhərlərimiz də bu hadisələrin təsirinə məruz qalır. Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilər əsasında deyil, həm də ətraf mühitin qorunması, sosial rifahın və iqlim dayanıqlığının prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. Bu, artıq bu günün zərurətidir.

Quraqlıq, su qıtlığı, ekstremal təbiət hadisələri, meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması, daxili su hövzələrinin azalması, buzlaqların əriməsi, eləcə də torpaqların deqradasiyası və biomüxtəlifliyin itirilməsi bu təsirlərin ən bariz nümunələridir”, – deyə o əlavə edib.

Ekologiya Ekologiya
Seçilən
21
2
apa.az

3Mənbələr