“Avroviziyanın Azərbaycanda 1 böyük problemi var. Problem odur ki, Xalq və Münsif səsverməsiylə ölkədə aşıq mahnı seçimi aparılmır.Belə festivalları İtaliya (San-Remo), İsveç (Melodifestivalen) və onlarla Avropa ölkəsi hər il keçirir… Bu çox vacib layihədir ki, musiqi sektorunu, bəstəkarları və ifaçıları stimullaşdıracaq. Onlar formatı dərk edərək, öz imkanlarını göstərməyə can atacaq. Amma qapalı mahnı seçimləri sektorun inkişafına təsir edə bilmir”.
Dərgi.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif Haqqın.az-a açıqlamasında deyib.
O, müsabiqədə son illər uğursuz nəticə göstərməyimizin səbəbini belə izah edib:
“Müəlliflər bilmir ki, oxuyan kimdir, hansı səsdir, qadındır, kişidir, baritondur, sopranodur, tenordur, cazdır, rokdur, popdur, gəncdir, təcrübəlidir, rəqs edir, yaxud dayanıb oxuyanlardandır, qrupdur ya kimdir? Bunu bilməyən müəllif necə hit yazsın? Kimə yazsın?”
– Azərbaycanı müharibə səbəbindən yüksəltmirlər?– Qətiyyən siyasi səbəblər axtarmayaq. Çünki, (müxtəlif illərdə) Rusiya və İzrail nümayəndələrinin timsalında sübut olundu ki, Ölkələrin siyasi etirazına rəğmən hit mahnı nəinki finala, hətta 3-cü, 2-ci yerə qədər yüksəlir…
Eləcə də, əgər biz Avropanın Ermənistana dəstəyindən danışırıqsa, onda niyə, Ermənistan finala keçmədi? Odur ki, bəhanələri yox, hit mahnını tapmağı bacarmalıyıq…
– Əvvəlki illərdə də mahnı seçimləri olmurdu, amma 5-liyə düşürdük…
– Əvvəlki illərdə Azərbaycan üçün favorit olmaq maraqlı idi, bu işi bacaran avropalı mütəxəssislərə və promo-lara çox böyük maliyyə ayrılırdı. Amma, bununla belə, o səhnədə nə öz musiqimizi göstərirdik, nə də ölkədə musiqi sektoru, müəlliflər formalaşdıra bildik… Yəni bir “Drip-drop”, yaxud “Running scared” nə dərəcədə Azərbaycan musiqisidir axı? Bu çox gülməli və perespektivsiz həll formasıydı. Bu gün də bunun nəticəsi göz qarşısındadır… Hanı Avroviziyanı anlayan müəlliflər, xoreoqraflar, prodüserlər komandası?
Amma, doğru yolu tapmaq üçün, heç vaxt gec deyil. İnanıram ki, gələn il, hər zaman tamaşaçını düşünən, ən çətin, ağır və lisenziyalı layihələrin haqqını verən doğma İTV, ölkədə açıq mahnı seçimləri festivalını təşkil edərək, bütün avro-fanların gözləntisini doğruldacaq.”