AZ

Muxtar respublikada 3300 hektardan çox sahədə yazlıq əkin həyata keçirilib

Naxçıvan, 22 may, AZƏRTAC

Naxçıvanda 2026-cı il mayın 1-i vəziyyətinə 3326,5 hektar sahədə yazlıq əkin həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkilən sahələrin 1208,7 hektarını dənli və dənli paxlalı bitkilər, 384,8 hektarını dən üçün qarğıdalı, 0,8 hektarını sarıçiçək, 14 hektarını tütün, 580,8 hektarını kartof, 116,9 hektarını tərəvəz, 159,1 hektarını bostan bitkiləri, 861,4 hektarını isə yemlik bitkilər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlərin sahəsində 14,1 faiz artım qeydə alınıb.

Müxbir- Nail Əsgərov

Seçilən
15
2
azertag.az

3Mənbələr