İsti havalarda yağlı və yüksək zülallı qidaların rasiondan çıxarılması tövsiyə olunur.
HİT.az xəbər verir ki, bunu həkim-terapevt, kardioloq və diyetoloq Tatyana Zaletova bildirib.
Onun sözlərinə görə, belə qidaların həzm prosesi zamanı orqanizm daxilən daha çox istilik istehsal edir ki, bu da isti havada əlavə yüklənmə yaradır.
“Qırmızı ətdən və pendirlərdən müvəqqəti imtina etmək lazımdır, heyvani yağların payını isə gündəlik kalorinin 20–25%-i səviyyəsinə endirmək daha doğrudur”, deyə ekspert qeyd edib.
Mütəxəssis həmçinin bildirib ki, gec saatlarda yemək yeməkdən çəkinmək lazımdır, çünki melatonin sintezinin pik dövrü bədən temperaturunun aşağı düşməsi ilə uyğunlaşır. Onun sözlərinə görə, spirtli içkilər, təbii şirələr və qazlı şirin içkilər də rasiondan çıxarılmalıdır, çünki spirt və yüksək şəkər miqdarı orqanizmdə susuzlaşmanı gücləndirir. Bu isə baş ağrısı, halsızlıq və ümumi enerji itkisi ilə nəticələnə bilər.
Diyetoloq və endokrinoloq Anton Polyakov da daha əvvəl oxşar fikirlər səsləndirərək isti havada spirtli içkilərin qətiyyən tövsiyə olunmadığını bildirib. Onun sözlərinə görə, eyni səbəbdən kofe və çay da məhdudlaşdırılmalıdır.
O əlavə edib ki, şirin içkilər, şirələr və qazlı içkilər müvəqqəti olaraq susuzluğu artırır və orqanizmin su balansını pozur. Bu isə həm iştaha tənzimlənməsinə təsir edir, həm də qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Samir