ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Baş nazir Nikol Paşinyan azərbaycanlıların Ermənistana, ermənilərin isə Azərbaycana yalnız qarşılıqlı şəkildə qayıtmasının mümkün olduğunu deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan ermənilərin Qarabağa qayıdışından danışan eyni qüvvələrin azərbaycanlıların qayıtması məsələsindən söz açırlar.
“Çünki bunların biri digəri olmadan mövcud deyil və mövcud ola da bilməz”, - deyə Ermənistanın Baş naziri bildirib.
“Ona görə də deyirəm ki, onlar üçbaşlı müharibə partiyasıdır. Çünki onlar münaqişəli vəziyyət yaratmaq, mövzunu qarşıdurma halına çatdırmaq və bunun hesabına münaqişənin yenidən alovlanmasını istəyirlər.
Mən zəmanət verirəm... Qarabağa qayıtmaq məsələsi olmayacaq, Naxçıvana qayıtmaq məsələsi olmayacaq, Bakıya qayıtmaq mövzusu olmayacaq, Sumqayıta qayıtmaq mövzusu olmayacaq, Yevlaxa və Kirovabada (Gəncə) qayıtmaq mövzusu olmayacaq, Çaykəndə qayıtmaq mövzusu olmayacaq və sair”, - Paşinyan belə deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.