AZ

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Qvatemala çox kiçik ölkədir, amma müxtəlif fərqliliklərə sahibdir. Ölkə daxili müharibə yaşayıb, həmçinin hələ tamamlanmamış bir sülh prosesi keçirməkdədir. Biz müstəmləkəçiliyi, həmçinin ölkə daxilində daxili müstəmləkəçiliyi yaşamışıq.

AZƏRTAC xəbər verir ki, bunu Qvatemaladan olan hüquq müdafiəçisi Eva Tecun Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”nın panel sessiyasında çıxış edərkən deyib.

O bildirib ki, yerli qadınların vəziyyəti və şəraiti isə müstəmləkəçilik, irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edib. Bildirib ki, ölkəsindəki bərabərsizliklər səbəbindən yerli xalqların əraziləri bir çox hallarda dövlət tərəfindən tanınmır, hətta torpaqları idarə etmə üsulları və özünü təşkil etmə formalarına hörmət edilmir.

Müxbirlər - Günel Türksoy, Səbinə Əlizadə

Fotoqraf - Tofiq Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
azertag.az

3Mənbələr