AZ

Rüfət Mahmud: İçərişəhərdə sakinlərin qapı qapı siyahıyaalınması aparılır

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

İçərişəhər ərazisində yaşayan sakinlərin siyahıyaalınması həyata keçirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hal-hazırda əməkdaşlar və könüllülərdən ibarət qruplar qapı-qapı gəzərək sakinlər barədə məlumat toplayırlar: "İçərişəhərdə yaşayan sakinlərin sayını bu gün ancaq təxmini deyə bilirik. Hazırda əhalinin uçotu aparılır və bir neçə aydan sonra İçərişəhər haqqında tam məlumat bazamız olacaq. Toplanan məlumatlar gender bölgüsü, yaş kateqoriyaları, ailələrin gəlir mənbələri və sosial vəziyyətini əhatə edir. Bu datanın formalaşdırılması gələcək idarəetmə və xidmətlərin planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
baku.ws

2Mənbələr