Rusiya və Belarus 2027-ci ildə "Birlik Qalxanı 2027" adlı birgə hərbi təlimlər keçirəcəklər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib .
"Bundan əlavə, gələn il Belarus və Rusiya Silahlı Qüvvələrinin "Birlik Qalxanı 2027" adlı əməliyyat təlimləri keçirməyi planlaşdırırıq", - deyə o bildirib.
Prezident əlavə edib ki, Rusiya və Belarusun müdafiə qabiliyyətini təmin etmək, eləcə də iki ölkə vətəndaşlarını istənilən istiqamətdən gələn xarici təhdidlərdən davamlı olaraq qorumaq üçün müntəzəm və ardıcıl təlimlər zəruridir.