AZ

İran zərbələrinin İsrail bazalarına vurduğu ziyan üzə çıxdı

İsrail hərbi senzurası təsdiqləndikdən sonra yayımlanan peyk görüntüləri, İranın ABŞ/İsrail hücumlarına qarşı cavab zərbələrinin İsrail bazalarına vurduğu ziyanı ortaya qoydu.

Turkustan.az xəbər verir ki, "Soar Atlas" tərəfindən dərc edilmiş və təhlil edilmiş mart ayına aid peyk görüntüləri, İranın qisas əməliyyatlarının hədəf aldığı İsrail bazalarına, xüsusən də Ramat David, Nevatim və Şimon bazalarına dəyən ziyanın miqyasını ortaya qoydu.

Paylaşılan peyk görüntüləri, xüsusən də İsrailin şimalındakı Ramat David Hava Bazasında, logistika və hərbi texnikanın olduğu ərazilərə, eləcə də yanacaqdoldurma məntəqələrinə ciddi ziyan dəydiyini göstərir.

5-10 mart tarixləri arasında baş verdiyi güman edilən hücum əlamətləri, siqnal kəşfiyyatının toplanması və deşifrə edilməsindən məsul olan 8200-cü bölmənin bir hissəsi olan Mişar bazasında tapılıb. Peyk görüntüləri İsrailin şimalındakı bazanın içərisindəki bir binanın yaxınlığında ziyan gördüyünü göstərir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
1
turkustan.az

2Mənbələr