AZ

Avroittifaq Britaniyanın Rusiya qərarına etiraz etdi – bizə "sürpriz" oldu...



Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı bəzi sanksiyaları yumşaltmaq qərarını əvvəlcədən G7 tərəfdaşlarına bildirməyib. Avropa Komissiyasının İqtisadiyyat üzrə üzvü Valdis Dombrovskis bildirib ki, Britaniyanın qərarı Avropa İttifaqı üçün "sürpriz" olub.

Londonun üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan dizel və reaktiv yanacağın idxalına icazə verib, LNG layihələrinə müvəqqəti güzəştlərin tanınması barədə qərarı qəbul edib.

Dombrovskis G7 daxilində mövcud şəraitdə sanksiyaların yumşaldılmaması deyil, davam etdirilməsinin müzakirə olunduğunu bildirib.

Britaniya isə qərarın tərəfdaşları ilə məsləhətləşmələr əsasında verildiyini bildirir.

Tahir TAĞIYEV

Seçilən
3
baki-xeber.com

1Mənbələr