AZ

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum oldu

BAKI, 22 may. TELEQRAF

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 08 aprel – 20 may 2026-cı il tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib.

Kollegiyadan Teleqraf-a verilən xəbərə görə, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 92 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 79 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.

Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi 25 may 2026-cı il tarixində saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.

Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Seçilən
13
2
teleqraf.com

8Mənbələr