AZ

Şəkidə “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğunun rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəkidə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.

APA xəbər verir ki, bu barədə Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində təşkil olunmuş “Şəhərlərdə rəqəmsal transformasiya” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sistem qoruq ərazisinin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

Gülnarə Əliyeva bildirib ki, yeni sistem qoruq ərazisində yerləşən torpaq sahələri, tikililər və mülkiyyət formaları üzrə məlumatların vahid rəqəmsal platformada toplanmasını və sistemləşdirilməsini təmin edəcək.

"Rəqəmsal kadastr sisteminin tətbiqi tarixi qoruğun daha effektiv idarə olunmasına, eləcə də məlumat bazasının dəqiq və şəffaf şəkildə formalaşdırılmasına imkan yaradacaq", - Gülnarə Əliyeva vurğulayıb.

O əlavə edib ki, qeyd olunan layihə həm şəhərsalma idarəçiliyinin təkmilləşdirilməsi, həm də tarixi-mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
apa.az

4Mənbələr