BAKI, 22 may. TELEQRAF
Ermənistan Baş Prokurorluğu müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəd Andranik Tevanyanın toxunulmazlığının məhrum edilməsi və ona qarşı cinayət işinin başlanması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluq bildirib ki, 2026-cı ilin iyun ayının 7-də keçiriləcək parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Andranik Norik Tevanyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi üçün Baş prokuror mayın 22-də Mərkəzi Seçki Komissiyasına vəsatət təqdim edib.
Andranik Tevanyan casusluq və dövlətə xəyanətdə ittiham olunur. Bu gün rəsmi ittihamın elan edilməsindən sonra hüquq-mühafizə orqanları onun evində axtarış aparılıb.
Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Samvel Karapetyandır. Tevanyan partiyanın namizədlər siyahısının iki nömrəsidir. Toxunulmazlığının və namizədliyinin ləğvindən sonra barəsində həbs qətimkan tədbirinin seçilməzi gözlənilir.