Hazırda Azərbaycan-Gürcüstan istiqamətində dəmir yolu xətinin açılması məsələsi gündəmdədir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev anews.az-ın Rusiya ilə dəmir yolu xəttinin açılması müzakirə olunurmu? sualına cavab verərkən bildirib.
"Hazırda Azərbaycan-Gürcüstan qatar marşrutunun açılmasıdır, digər məsələlərə isə gələcəkdə baxıla bilər", - Hacıyev deyib.
Mayın 26-dan Azərbaycan-Gürcüstan istiqamətində 6 ildən sonra dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması haqqında iki ölkə arasında razılaşma əldə olunub.
Bir istiqamət üzrə qiymət 81 AZN nəzərdə tutulub.
Gülnar Nazimqızı