AZ

Emin Hüseynov: Azərbaycan Qarabağı heç bir kənar və beynəlxalq maliyyə yardımı olmadan bərpa edir

BAKI, 22 may. TELEQRAF

"Böyük Qayıdış" birinci Dövlət Proqramı 2022-2026-cı illəri əhatə edir. Bu il bu proqramın sonuncu ilidir və məlum olduğu kimi Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri heç bir kənar yardım olmadan, heç bir beynəlxalq təşkilatın hər hansı bir maliyyə dəstəyi olmadan, sadəcə öz gücünə arxalanaraq reallaşdırır .

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu günə qədər 25 milyarddan çox vəsait, 25 milyard manatdan çox vəsait dövlət büdcəsindən bu istiqamətə ayrılıb:

"Bu irimiqyaslı bərpa prosesi növbəti illərdə də eyni qətiyyətlə davam etdiriləcək. Otuz il ərzində işğal altında qalaraq urbisid və vandalizmə məruz qalmış 13,6 min kvadratkilometrlik ərazimiz addım-addım yenidən ölkənin ümumi iqtisadi dövriyyəsinə inteqrasiya olunur. Ən önəmlisi isə odur ki, artıq həmin torpaqlarda həyat yenidən canlanıb. Hazırda azad edilmiş bölgələrdə 80 mindən çox soydaşımız daimi məskunlaşaraq yaşayır, fəaliyyət göstərir və təhsil alır. Bütün bu nəhəng infrastruktur və sosial layihələr nəticə etibarilə Azərbaycan iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafına xidmət edir”.

Seçilən
36
teleqraf.com

1Mənbələr