AZ

“Fast food” qidaları sağlamlıq üçün nə dərəcədə təhlükəlidir? EKSPERT

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müasir dövrdə “fast-food” məhsullarının istifadəsi xüsusilə gənclər və uşaqlar arasında sürətlə artmaqdadır. 

Avtosfer.az xəbər verir ki, bu tip qidaların gündəlik istifadəsinin geniş yayılması sağlam qidalanma ilə bağlı narahatlıqları da artırıb.

Paytaxt sakinin fikrincə, “fast food” restoranlarından istifadə həddindən artıq artıb. Xüsusilə gənclərin bu qidalara tez-tez üstünlük verməsi sağlamlıq baxımından narahatlıq yaradır. Bəzi hallarda yeməklər uzun müddət açıq saxlandıqda, düzgün temperaturda qorunmadıqda və ya köhnə yağda hazırlandıqda insan sağlamlığı üçün zərərli ola bilir. Qidaların keyfiyyəti və hazırlanma şəraiti ilə bağlı şikayətlər də olur. Hesab edirəm ki, bu sahədə nəzarət daha da gücləndirilməlidir.

Qida eksperti Mübariz Vəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, “fast food” şəbəkələri olan KFC və McDonald’s dünya üzrə müəyyən qida təhlükəsizliyi standartları ilə fəaliyyət göstərən tanınmış markalardır.

Bu müəssisələrdə istifadə olunan məhsullar adətən nəzarətdən keçirilir və müəyyən gigiyena qaydalarına uyğun hazırlanır. Lakin burada əsas məsələ həmin qidaların nə qədər tez-tez və hansı miqdarda qəbul edilməsidir.

Ekspert qeyd edib ki, bu tip məhsulların tərkibində yüksək miqdarda duz, yağ, kalori və müxtəlif əlavələr ola bilər:

"Davamlı və həddindən artıq istifadə edildikdə artıq çəki, ürək-damar problemləri, yüksək təzyiq və həzm sistemi narahatlıqları kimi sağlamlıq riskləri yarana bilər. Xüsusilə uşaqlar və az hərəkətli həyat tərzi keçirən insanlar üçün fast food qidalarının tez-tez istifadəsi tövsiyə olunmur. Ara-sıra və balanslı qidalanma daxilində istifadə edildikdə bu məhsullar ciddi problem yaratmaya bilər. Əsas məsələ gündəlik rasionda təbii və faydalı qidalara üstünlük vermək, “fast food” məhsullarını isə daimi vərdişə çevirməməkdir".

Fatimə Dadaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr