AZ

Polşa Trampın 5 min hərbçi ilə bağlı bəyanatının detallarını gözləyir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Varşava ABŞ prezidenti Donald Trumpın Polşaya əlavə 5 min amerikalı hərbçinin göndərilməsi ilə bağlı bəyanatının mövcud rotasiyanın davamı, yoxsa ABŞ kontingentinin 10 mindən 15 min nəfərə çatdırılması anlamına gəldiyi barədə hələ dəqiq məlumat almayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radosłav Sikorski açıqlama verib.

“Polşanın NATO yanında nümayəndəsi Yaçek Nayder artıq NATO rəhbərliyi və amerikalı həmkarı ilə əlaqə saxlayıb. Hələlik detallı məlumat yoxdur”, – deyə Sikorski Helsinqborqda NATO xarici işlər nazirlərinin görüşü öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bundan əvvəl ingilis dilində çıxış edən Polşa XİN rəhbəri Trampın açıqlamasını “ABŞ qoşunlarının Polşadakı mövcud səviyyəsinin təxminən qorunub saxlanılması”, yəni 10 min hərbçinin ölkədə qalması kimi şərh edib.

Bir gün əvvəl Tramp Polşanın hazırkı prezidenti Karol Navrotskini uğurlu yenidən seçilməsi fonunda ABŞ-ın bu ölkəyə əlavə 5 min hərbçi göndərəcəyini bəyan etmişdi. O, seçki kampaniyası zamanı Navrotskini dəstəkləmişdi.

ABŞ lideri hansı hərbi bölmələrin Polşaya göndəriləcəyini, onların Avropanın digər ölkələrindən köçürülüb-köçürülməyəcəyini və bunun rotasiya çərçivəsində həyata keçiriləcəyi barədə aydın fikir bildirməyib.

Bundan əvvəl Tramp ABŞ qoşunlarının Almaniyadan Polşaya köçürülməsi imkanını da gündəmə gətirmişdi. Variantlardan biri Almaniyanın Filsək şəhərində yerləşən hərbi bazadan qüvvələrin göndərilməsi ola bilər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr